"Mövsümə neçə faiz hazır olduğumuzu demək çətindir”

13 İyul 2022 02:40 Qəbələ 889
"Mövsümə neçə faiz hazır olduğumuzu demək çətindir”

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” yeni mövsümün hazırlığını davam etdirir.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar”ın təcrübəli futbolçusu İsnik Alimi hazırlıq prosesi barədə fikirlərini klubun saytına açıqlayıb:

“Təlim-məşq toplanışının Qəbələdəki birinci hissəsi çox yaxşı keçdi. Biz hazırda çalışmalarımızı davam etdiririk.

Hər kəs işin ciddiyyətini çox gözəl qavrayır, düzgün yanaşma və konsentrasiya ilə qarşıdakı matça hazırlaşır.

Hamı bizi Konfrans Liqasında gözləyən oyuna hazır olmağa səy göstərir, bunun üçün çalışır. Mövsümün ilk qarşılaşmasına neçə faiz hazır olduğumuzu demək çətindir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti