"Qəbələ"nin baş məşqçisi dominant söhbəti etdi

13 İyul 2022 00:20 Qəbələ 1 096
"Qəbələ"nin baş məşqçisi dominant söhbəti etdi

"Düşündüklərimizi təlim-məşq toplanışında görə bildik. Komanda meydanda dominant oynamağa çalışırdı".

Sportinfo.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Türkiyənin Bolu bölgəsindəki təlim-məşq toplanışında Rumıniyadan “Çiksereda”yə 2:1 hesabı ilə qalib gəldikləri son yoxlama oyunu barədə klubun rəsmi saytına açıqlamasında deyib.

Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstan "Fehervar"ına qarşı keçirəcəkləri matça 9 gün vaxtlarının qaldığını xatırladan 42 yaşlı mütəxəssis bu müddətdə daha da yaxşı olacaqlarını bildirib:

"Ümumilikdə istədiyimi bu gün meydanda görə bildim. Futbolçuların hərəkətliliyi bizi məmnun etdi. Komandanın hazırlığını faizlə dəyərləndirməzdim. Amma gündən-günə daha yaxşı olduğunu məşqlərdə görürük".

"Qəbələ" "Fehervar"la oyununu iyulun 21-də səfərdə, cavab matçını isə 1 həftə sonra evdə keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti