"Qəbələ" Boluda Rumıniya klubuna qalib gəldi

12 İyul 2022 23:20 Qəbələ 951
"Qəbələ" Boluda Rumıniya klubuna qalib gəldi

Yeni mövsümünün hazırlığını Türkiyənin Bolu bölgəsində davam etdirən "Qəbələ" növbəti yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, "qırmızı-qaralar" ikinci sınağında Rumıniyanın "Çiksereda" klubu ilə qarşılaşıb.

Görüş Azərbaycan təmilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Elmar Baxşıyevin baş məşqçi olduğu komandadan qolları 3-cü dəqiqədə Rövlan Muradov və 52-ci dəqiqədə Asif Məmmədov vurublar.

"Qəbələ" Boludakı ilk yoxlama görüşündə Türkiyə Superliqasında çıxış edən "Qaziantep" 1:2 hesabı ilə uduzub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti