Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışı keçən "Qəbələ" bu gü növbəti yoxlama oyununa çıxacaq.
Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Rumıniyanın 2-ci liqa təmsilçisi “Çiksereda” ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv matça bu heyətlə çıxacaq:
1. Səlahət Ağayev, 11. Asif Məmmədov, 28. Murad Musayev, 4. Ruan Renato, 27. Mədqəs İsayev, 2. İlkin Qırtımov, 5. İsnik Alimi, 97. Felipe Santos, 23. Rafael Utziq, 7. Rövşən Muradov, 6. Fares Abu Akel
118 il əvvəl əsası qoyulan klub Liqa2-də mübarizə aparır. Komanda ötən mövsümü 7-ci pillədə başa vurub.
Aşağı liqalarda oynamasına baxmayaraq zəngin tarixi olan klub 1904-1919-cu illərdə Avstriya-Macarıstan, 1919-1940-cı illərdə Rumıniya, 1940-1944-cü illərdə isə Macarıstanı təmsil edib.
II Dünya müharibəsindən sonra Rumıniyanın aşağı liqalarında var-gəl edən “Çiksereda” ən böyük uğurlarını 2018/19 mövsümündə əldə edib.
LiqaII-də çempion olan komanda ikinci dəstəyə yüksəlib. Həmin mövsüm komanda Rumıniya kubokunda 1/4 finala qədər irəliləməyi bacarıb. “
"Qəbələ" Boludakı ilk matçda “Qaziantep”lə qarşılaşaraq 1:2 hesabı ilə uduzub.
"Qəbələ" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində iyulun 21-i səfərdə "Fehervar"la ilk matçına çıxacaq. Komandalar arasında cavab görüşü iyulun 28-i Bakıda olacaq.

