"Qəbələ" 3 yerli, 1 legioner futbolçusu ilə vidalaşdı - RƏSMİ

11 İyul 2022 16:20 Qəbələ 1 189
"Qəbələ" 3 yerli, 1 legioner futbolçusu ilə vidalaşdı - RƏSMİ

"Qəbələ" 4 futbolçusu ilə vidalaşıb.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçilər Stefan Vukçeviç, Fernan Lopes, Kamal Mirzəyev və hücumçu Patrik Robsonla yollar ayrılıb.

2020-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan Vukçeviç iki mövsüm ərzində 58 oyunda 2 qol vurub.

Ötən mövsümün əvvəlində bir illik fasilədən sonra komandaya qayıdan Lopesin hesabında 40 matçda 4 top var.

Fasilələrlə “qırmızı-qara” forma geyinən Mirzəyev 15, qışda "qırmızı-qaralar"a qoşulan Robson 13 qarşılaşmada iştirak edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti