"Qəbələ" istədiyi pulu vermədi, ispanın yanına getdi

11 İyul 2022 10:40 Qəbələ 1 378
"Qəbələ" istədiyi pulu vermədi, ispanın yanına getdi

"Qəbələ"nin daha bir legioneri karyerasını Cənubi Kiprdə davam etdirəcək.

Son iki mövsümü Azərbaycanda keçirmiş Stefan Vukçeviç "Enosis"la anlaşıb.

Yerli "Themasports" nəşri "qırmızı-qaralar"la müqaviləsi başa çatan 25 yaşlı yarımmüdafiəçinin bu kluba keçidinin ən qısa zamanda rəsmiləşəcəyini yazıb.

Monteneqrolu ilə sözləşmənin imzalanması üçün bəzi detallar qalıb.

Stefan Vukçeviç 2020-ci ilin avqustunda bölgə klubuna transfer olunub. "Enosis" daha əvvəl "Qəbələ"dən ayrılan ispaniyalı vinger Fernan Lopesi də heyətinə qatıb.

Vukçeviç yeni mövsümdən yüksək liqada mübarizə aparacaq "Enosis"də hər ay 5000 avro qazanacaq. Demək ki, o, "Qəbələ"də aldığı puldan iki dəfə artığını əldə edəcək.

Əyalət təmsilçisi balkanlı legioneri bu yay da geri qaytarmaq istəyirdi. Gəl ki, tərəflər maliyyə şərtlərində ortaq məxrəcə gələ bilmədi.

"Qəbələ" monteneqroluya tələb etdiyi 6000 dollar maaş kəsmədi, əvəzində "Aşdod"dan Fales Abu-Akeli sıralarına qatdı.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti