“Qəbələ”nin “ürəyi” “Fehervar”la oyunlarda nəyə ehtiyac duyur?

10 İyul 2022 21:20 Qəbələ 1 103
“Qəbələ”nin “ürəyi” “Fehervar”la oyunlarda nəyə ehtiyac duyur?

Ölkəmizi Avropa Konfrans Liqasında təmsil edəcək “Qəbələ” ilk cəhddə Macarıstan təmsilçisi “Fehervar”la qarşılaşacaq.

Rəqibi ölkəsinin güclü komandalardan olduğunu nəzərə alsaq, təmsilçimizin işinin asan olmayacağı gün kimi aydındır.

Həm bu məqam, həm də bölgə təmsilçisində yeni futbolçuların olması futbol ictimaiyyətində növbəti mərhələ ilə bağlı şübhə yaradır.

Elə komandanın məşqçi və futbolçu heyətinin də “Fehervar”ın gücündən, təcrübəsindən ehtiyatlanması anlaşılandır.

“Qəbələ”nin “döyünən ürəyi” İsnik Alimi Sportinfo.az-a açıqlamasında rəqib haqda danışıb:

“Fehervar”ın gücündən danışmaq artıqdır. Bir neçə dəfə Macarıstan çempionu olub, heyətində millilərdə çıxış edən səviyyəli yerli və xarici futbolçular var. Təbii ki, çətin və maraqlı oyunlar olacaq.

Cütün taleyi iki matçdan ibarət olacaq deyə, mərhələ adlamaq şansımız var. Bunun üçün meydanda bacardığımızın 100 yox, 150 faizini qoymalıyıq. Bir az da bəxtə ehtiyacımız olacaq.

Azarkeşlərimizi layiqli oyunla sevindirmək və mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik. Konfrans Liqasına asan təslim olmaq üçün gəlməmişik. İlk oyun gününə qədər tam hazır olmağa çalışacağıq”.

“Qəbələ” ilk görüşünü iyulun 21-də səfərdə keçirəcək. Cavab qarşılaşması isə ayın 28-də Qəbələdə baş tutacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti