"Qəbələ"nin Konfrans Liqası II təsnifat mərhələsinin "Fehervar"la cavab oyununa hakim təyinatları açıqlanıb.
Sportinfo.az xəbər verir ki, 28 iyul tarixində saat 20:00-da Qəbələ Şəhər Stadionunda keçiriləcək qarşılaşmanı Avstriyadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Kristofer Yaeger olacaq. Ona yan xətt hakimləri Robert Staynaxer və Santino Şrayner kömək edəcək. Dördüncü hakim funksiyasını isə Markus Hameter yerinə yetirəcək.
Bu komandalar arasında ilk oyun iyulun 21-də Macarıstanda baş tutacaq.

