“Qarşıdakı günlərdə daha bir legioner transfer edəcəyik”

7 İyul 2022 21:00 Qəbələ 1 384
“Qarşıdakı günlərdə daha bir legioner transfer edəcəyik”

“Qarşıdakı günlərdə daha bir legioner transfer edəcəyik.

Konfrans Liqasına kimi komandanı formalaşdırmağı planlaşdırmışıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin baş meneceri Nail Kərimov deyib.

Transfer bazarlığındakı son durum haqda danışan funksioner çalışmaların bitmək üzrə olduğunu bildirib:

“Bizə bir hücumameylli yarımmüdafiəçi lazımdır. Çox mövqeyə oyunçu axtarmırıq ki, deyək, seçim etməyə çətinlik çəkirik.

Bəyəndiklərimiz var, hazırda onlarla danışıqlar gedir. Əslində, istəyirdik ki, bu transferi daha tez bitirək. Sadəcə, maliyyə şərtlərində ortaq məxrəcə gələ bilmirdik”.

"Qəbələ" "Fehervar"a qarşı ilk oyununu iyulun 21-də Macarıstanda, cavab görüşünü bir həftə sonra evdə keçirəcək.

“Qırmızı-qaralar” bu yay 4 taransfer edib. İlkin Qırtımov, Səlahət Ağayev, Felipe Santos və Feras Abu Akalla birillik müqavilə imzalanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti