“Onu geri qaytarmağa çalışırıq, çox legioner gətirmək fikrimiz yoxdur”

4 İyul 2022 22:20 Qəbələ 986
“Onu geri qaytarmağa çalışırıq, çox legioner gətirmək fikrimiz yoxdur”

“Biz onu yenidən geri qaytarmaq istəyirik və hazırda bu istiqamətdə danışıqlar davam edir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin baş meneceri Nail Kərimov deyib.

O, son iki mövsümdə qırmızı-qara formanı geyinmiş Stefan Vukçeviçin düşərgəyə dönməsi üçün çalışdıqlarını bildirib.

Funksioner qeyd edib ki, monteneqrolu dayaq yarımmüdafiəçisi ötən illərlə müqayisədə maaşının artırılması tələbi irəli sürüb:

“Onun şərti ilə tanışıq. Stefanı başa düşürük, ancaq gərək büdcəni də nəzərə alaq. Son həftələrdə 3 yeni futbolçu gətirmişik.

Ötən mövsüm komandada çıxış edən legionerlərdən yalnız Fernan Lopez gedib, qalanları ilə müqavilənin müddətini artıra bilmişik.

Ümid edirəm ki, Stefanla da müqaviləni uzadacağıq.

Onsuz da, bundan sonra çox legioner gətirmək fikrimiz yoxdur. Cəmi iki legioner almağı planlaşdırırıq”.

Digər Xəbərlər
Xəbər Lenti