Sevgilisinin təkidi ilə Azərbaycan klubundan ayrılan legionerin qazancı

3 İyul 2022 14:00 Qəbələ 1 657
Sevgilisinin təkidi ilə Azərbaycan klubundan ayrılan legionerin qazancı

Mövsümün sonunda "Qəbələ"dən ayrılan Fernan Lopesin yeni klubu müəyyənləşib.

27 yaşlı yarımmüdafiəçi karyerasını Kiprdə davam etdirəcək.

İspaniyalı "Enosis"ə keçib.

Fernan Lopes 2021/2022 mövsümündə "Qəbələ"nin heyətində Azərbaycan Premyer Liqasında meydana çıxdığı 16 oyunda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

“Enosis” ispanla imzalanan müqavilənin detallarını açıqlamasa da, öyrəndiyimizə görə, orta sahə oiyunçusu Kiprdə hər ay 7500 avro qazanacaq.

“Qəbələ” ona bu məbləğdən bir qədər aşağı əməkhaqqı ödəməyə hazır idi. Gəl ki, o, sevgilisinin təkidi ilə Kipri seçib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM