“Komandamızın dağılması uzaq ehtimaldır, AFFA ilə söhbətimiz olub”

2 İyul 2022 17:40 Qəbələ 1 695
“Komandamızın dağılması uzaq ehtimaldır, AFFA ilə söhbətimiz olub”

“Bəli, AFFA rəhbərliyi ilə aramızda belə bir şifahi söhbət olub”.

“Qəbələ”nin baş meneceri Nail Kərimov Sportinfo.az-a açıqlamasında belə deyib.

AFFA-dan saytımıza bildirilib ki, Premyer Liqanın daha bir klubu növbəti mövsümdə I Divizionda təmsil olunmaq istəmir.

Redaksiyamıza verilən informasiyaya görə, “Sabah”dan sonra “Qəbələ” də belə bir fikirlə onlarla əlaqə saxlayıb.

UEFA Gənclər Liqasında mübarizə aparacaq “qırmızı-qaralar” əvəzedici heyətini yenidən formalaşdırmaqda və saxlamaqda promlen yaşamaqları barədə federasiyanı məlumatlandırıb.

N.Kərimov problemin məğzi barədə bunları söyləyib:

“Hər şey maliyyədən asılıdır. Biz AFFA-ya gələn mövsümlə bağlı fəaliyyət planımızı təqdim etmişik.

Orada göstərmişik ki, klubun işinin normal getməsi üçün nə qədər vəsait lazımdır. AFFA-dan çox yox, bir az artım istəmişik.

Büdcəni əvəzedici komandamız olacaqmış kimi müəyyənləşdirmişik. “Dubl”un olması çox vacibdir.

Divizionda çıxış edən ənclər əsas komandaya daha tez düşür. Düzü, AFFA-nın bizə nə vaxt cavab verəcəyiii bilmirik.

Düşünürəm ki, bu problem qısa müddətzə öz müsbət həllini atapar və əzəvedici komadamız fəaliyyətini davam etdirər. “Dubl”un dağılmasını uzaq ehtimal sayırıq”.

Digər Xəbərlər
Xəbər Lenti