Daha bir klub Divizionda iştirakdan İMTİNA ETDİ

2 İyul 2022 09:40 Qəbələ 2 288
Daha bir klub Divizionda iştirakdan İMTİNA ETDİ

Premyer Liqanın daha bir klubu növbəti mövsümdə I Divizionda təmsil olunmaq istəmir.

Bu haqda Sportinfo.az-a AFFA-dan bildirilib.

Redaksiyamıza verilən informasiyaya görə, “Sabah”dan sonra “Qəbələ” də belə bir fikirlə onlarla əlaqə saxlayıb.

UEFA Gənclər Liqasında mübarizə aparacaq “qırmızı-qaralar” əvəzedici heyətini yenidən formalaşdırmaqda və saxlamaqda promlen yaşamaqları barədə federasiyanı məlumatlandırıb.

Gənclərdən ibarət komandanın əksər üzvlərinin “Turan Tovuz”, “Kəpəz” və digər klublar tərəfindən icarəyə götürülməsini əsas gətirən “Sabah”ın da AFFA-dan yaranmış vəziyyəti nəzərə almasını istəməsini bildirək.

Digər Xəbərlər
Xəbər Lenti