“Artım nəzərdə tutmuşuq, amma elə də böyük məbləğ deyil”

1 İyul 2022 15:00 Qəbələ 631
“Artım nəzərdə tutmuşuq, amma elə də böyük məbləğ deyil”

“AFFA-ya həm müraciət etmişik, həm də müzakirələr aparmışıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin baş meneceri Nail Kərimov deyib.

Avrokuboklara hazırlaşan “Qəbələ” AFFA-ya məktub ünvanlayıb Burada əyalət klubunun yeni mövsümlə bağlı federasiyadan istəkləri öz əksini tapıb.

Konfrans Liqasında mübarizə aparacaq “qırmızı-qaralar” onlara ayrılacaq yardım paketinin miqdarının artırılmasını qurumdan xahiş eləyib.

2 milyon manat vəsaitin klubun normal fəaliyyət göstərməsi üçün yetərli olmadığı məktubda faktlarla göstərilib.

“Qəbələ”nin istəyi böyük məbləğ əldə etmək deyil. Söhbət, sadəcə, bir neçə yüz manatdan gedir.

N.Kərimovun bildirdiyinə görə, AFFA onların müraciətinə hələ rəsmi münasibət bildirməyib:

“Artım nəzərdə tutmuşuq, amma elə də böyük məbləğ deyil. Ümid edirik ki, ən qısa zamanda AFFA-dan müsbət cavab alarıq”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"