"Neftçi" bölgə klubuna nə qədər pul qazandırdı?

11 May 2022 14:00 Qəbələ 1 521
"Neftçi" bölgə klubuna nə qədər pul qazandırdı?

Premyer Liqanın son 2 turu «Qəbələ» üçün yaxşı keçdi.

Avrokuboklar iddiasından asanlıqla vaz keçməyəcəklərini «Zirə» və «Neftçi» ilə oyunlarda nümayiş etdirdilər.

Uzun müddət uğursuzluq zolağından çıxa bilməyən «qırmızı-qaralar» öncə qəsəbə təmsilçisini səfərdə 3:0 hesabıyla üstələdi, ardınca «ağ-qaralar»ı 1:0 yendilər.

Beləcə, xal ehtiyatını 41-ə çatdıran əyalət komandası yenidən turnir cədvəlində 4-cü pilləyə yüksəldi.

Bu qələbələr futbolçuların özünəinamını bərpa eləməklə yanaşı, maddi durumuna da müsbət təsir göstərib.

«Zirə» üzərində qələbəyə görə 1000 manat qazanıblarsa, «Neftçi» ilə matçın nəticəsi 1200 manat olaraq dəyərləndirilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu