Azərbaycanın əyalət komandası avrokuboklara vəsiqə qazandı - FOTOREPORTAJ

11 May 2022 00:30 Qəbələ 887
Azərbaycanın əyalət komandası avrokuboklara vəsiqə qazandı - FOTOREPORTAJ

“Qəbələ”nin U-19 komandası Gənclər Liqasının qalibi olub.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” çempionluğu XXV turdan təxirə salınan matçda qazanıb.

“Qarabağ”la səfər oyununda 6:0 hesabı ilə qalib gələn “Qəbələ” 23 görüşdən sonra xal hesabını 59-a çatdırıb. Qonaqların heyətində Mehrac Baxşalı üç, Sənan Ağalarov, Şahin Şahniyarov və Cici Akande hərəyə bir qol vurub.

Bununla da Zaur Hacıyevin baş məşqçisi olduğu komandamız sonuncu turun nəticələrindən asılı olmayaraq qızıl medalları təmin edib. U-19 komandamız bu çempionluqla UEFA Gənclər Liqasına vəsiqə qazanıb.

Bu, “Qəbələ”nin Gənclər Liqasında 7-ci çempionluğudur. “Qırmızı-qaralar” 2012/13, 2015/16, 2017/18, 2018/19, 2019/20 və kubok formatında keçirilən 2020/21 mövsümlərinin qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti