"Qəbələ"ni yaşatmağın tək yolu – Başqa variant yox!

10 May 2022 14:40 Qəbələ 855
"Qəbələ"ni yaşatmağın tək yolu – Başqa variant yox!

Maddi sabitliyin bir komandanın həyatında oynadığı mühüm rolu «Qəbələ»nin timsalında görürük.

AFFA iki ay yardım paketini gecikdirdi, komanda Aşqabad batan kimi batdı.

9 oyun ləngər vurdular, gah uduzdular, gah heç-heçə etdilər, qələbə olmadı.

Pulunu ucunu göstərən kimi sanki yuxudan ayıldılar. Budur, «Zirə»nin ardınca «Neftçi»yə də üstün gəldilər, sona isə cəmi 2 tur qalıb.

Dördüncü pillədən qopmamaq üçün yenidən toparlandıqları uzaqdan da, yaxından da yaxşı görünür. Artıq şübhə doğurmur ki, bütün sualların cavabına axırıncı həftədə aydınlıq gələcək.

Avrokuboklara dördüncü vəsiqənin taleyi «Qəbələ»nin öz meydanında «Sabah»la keçirəcəyi matçda müəyyənləşəcək.

«Neftçi» ilə qarşılaşmanın nəticəsi «Qəbələ»ni daha da birləşdirməlidir. Hər halda klubun taleyi böyük ölçüdə futbolçulardan asılıdır.

Konfrans Liqasına vəsiqə qazansalar, AFFA-ya deməyə sözləri olacaq ki, büdcəni artırsınlar. Belədə «Gilan Holdinq» də yerindən tərpənəcək,

kluba əlavə vəsait ayıracaq. Əks halda, bilsinlər ki, «Qəbələ»nin gələn sezon maliyyə durumu daha da ağırlaşacaq.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti