8 illik fasilədən sonra “Qəbələ”yə qayıtdı, bu rəqəmə imza atdı

7 May 2022 23:20 Qəbələ 1 000
8 illik fasilədən sonra “Qəbələ”yə qayıtdı, bu rəqəmə imza atdı

Asif Məmmədov Premyer Liqada 150-ci dəfə “Qəbələ” forması geyinib.

Sportinfo.az xəbər verir ki, kapitanın yubileyi XXV turun “Zirə” ilə görüşündə gerçəkləşib.

90 dəqiqə meydanda olan futbolçu 3:0 hesablı qələbəyə sevinib.

Asif “Qəbələ”nin heyətində 2006/07 mövsümündə debüt edib. 8 illik fasilədən sonra 2015-ci ilin yayında komandaya dönən oyunçu indiyədək 150 çempionat matçında 13 qola imza atıb.

O, “qırmızı-qaralar”ın Premyer Liqada ən çox oyun keçirən futbolçuları arasında yalnız Urfan Abbasovdan (200) geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti