“Qəbələ”nin komandalarının 1/8 finaldakı rəqibləri müəyyənləşdi

7 May 2022 22:00 Qəbələ 666
“Qəbələ”nin komandalarının 1/8 finaldakı rəqibləri müəyyənləşdi

Bu gün AFFA-nın təşkil etdiyi U-10, U-11, U-12, Coca-Cola U-13 və U-14 liqalarının final mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, “Qəbələ”nin komandalarının 1/8 finaldakı rəqibləri müəyyənləşib.

U-10 Liqada “qırmızı-qaraıar” “Vətən” RİOEUFGM ilə qarşılaşacaq. U-11 komandamızın rəqibi “Çinar” UGFHK olacaq. “Qəbələ” U-12 Liqasında UGİŞM (Cəlilabad) ilə üz-üzə gələcək.

U-13 komandamız 1/4 finalçını UGİM (Astara) ilə qarşılaşmalarda müəyyənləşdirəcək. U-14-ün 1/8 finaldakı rəqibi isə “Turan Tovuz” olacaq.

Digər Xəbərlər
Xəbər Lenti