Ruan Renato ilə müqavilənin müddətini yeniləyən (birillik) “Qəbələ” daha bir legionerlə danışıqlar masası arxasın əyləşib.
Əyalət təmsilçisi Rafael Utrixə 1 illik kontrakt təklif edib.
Son iki sezonu burada keçirən braziliyalı hücumçu növbəti “futbol ili”ndə də qırmızı-qara forma geyinməyə müsbət yanaşıb.
Sadəcə, “Qəbələ” alman kökənli “sanbaçı”nın yeni maliyyə şərtlərini yerinə yetirməlidir.
Azərbaycanda aylıq gəliri 5000 dollar qazanan cənubi amerikalı əməkhaqqının 2009 dollar artırılmasını istəyib.
SPORTİNFO.AZ

