"Qəbələ"nin braziliyalı legioneri Rafael Utziq Azərbaycan Premyer Liqasının 25-ci turunda "Zirə"ni məğlub etmələri barədə fikirlərini bölüşüb.
Sportinfo.az xəbər verir ki, 25 yaşlı hücumçu avrokuboklarda mübarizə aparmaq istədiklərini deyib:
"Komandam üçün əhəmiyyətli qələbə idi. Yenidən qalib gəlmək və avrokuboklar uğrunda mübarizəni davam etdirmək vacibdir. Artıq bütün diqqətimizi son 3 qarşılaşmaya yönəltmişik".
"Qəbələ" həmin görüşdə 3:0 hesabı ilə qalib gəlib. Komanda hazırda çempionatda 38 xalla 4-cü pillədə qərarlaşır.

