"Qəbələ"nin istedadlı oyunçusu ilə bağlı YENİ PLANI

5 May 2022 19:40 Qəbələ 1 223
"Qəbələ"nin istedadlı oyunçusu ilə bağlı YENİ PLANI

Azərbaycan Premyer Liqasının bu mövsüm özünü yaxşı tərəfdən göstərən istedadlarından biri də "Qəbələ"nin gənc üzvü Emil Səfərovdur.

Əbəs deyil ki, artıq bir neçə yerli və xarici klubdan 19 yaşlı futbolçuya dəvət gəlməsi barədə mətbuatda xəbərlər dolaşır.

Amma bölgə klubu öz yetirməsini asanlıqla buraxmaq fikrində deyil.

Belə ki, mövsüm sonu müqaviləsi başa çatacaq Səfərovla böyük ehtimal yeni müqavilə imzalanacaq.

Və onun hər hansı kluba keçidi yalnız bundan sonra mümkün olacaq. Ki, futbolçuya təklfi göndərəcək klublardan hər hansı biri ilə razılıq əldə olunsa, Emil icarə şərtləri əsasında həmin klubda çıxış edə biləcək. Yaxşı məbləğə birdəfəlik satış da mümkündür.

"Qəbələ"nin yetirməsi Premyer Liqada bu mövsüm debüt edib. O, meydana çıxdığı 13 matçda bir dəfə fərqlənməyi bacarıb. İstedadlı yarımmüdafiçə həm də U-21 millimizin heyətinə dəvət alır.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti