AFFA-ya kim tapşırıq verib ki, "Qəbələ"nin "krant"ını bağla?

5 May 2022 09:40 Qəbələ 1 515
AFFA-ya kim tapşırıq verib ki, "Qəbələ"nin "krant"ını bağla?

«Qəbələ»nin uzun sürən həsrəti Zirədə bitdi.

Uğursuz oyunlar seriyasından heç cür çıxa bilməyən Elmar Baxşıyevin komandasına 3 xal hava və su kimi vacib idi.

Onlar Bakıətrafı qəsəbədə həm hava aldılar, həm də 3 qurtum su içib, bir qədər nəfəs dərdilər.

Səfər qələbəsi «Qəbələ»ni liderlər qrupuna qaytardı.

Yenidən ilk «dördlük»də yer alıblar. «Sabah»ı təkrar 2 xal qabaqlamaq əyalət klubuna güc verəcək. Hər halda gözlənilən budur.

Son turda «Sabah»ı öz meydanlarında qəbul edəcəklərindən, gələn həftələrdə, heç olmasa. 4 xal qazanmalıdırlar.

Bunu etmələri yalnız özlərindən asılı deyil. AFFA da gərək üzərinə düşəni eləsin, klub qarşısında götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınmasın.

Üçüncü aydır ki, «Qəbələ»nin gözünü yolda qoyublar, maliyyə yardımını gecikdirirlər. Başqalarına pul tapılır, onlara gələndə isə…

Bunun özü də böyük müəmmadır.

Görən, kim AFFA-ya tapşırıq verib ki, növbə «Qəbələ»yə çatanda, krantı bağla?Mütləq ki deyən, tapşıran var.

Heç bir hadisə öz-özünə baş vermir. Bu da onun kimi.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti