"Qəbələ"də bitən həsrət ümid yaratdı

5 May 2022 17:00 Qəbələ 653
"Qəbələ"də bitən həsrət ümid yaratdı

"Qəbələ"nin 7 oyunluq həsrəti Zirədə bitdi. Komanda ağır səfərdən inamlı qələbə ilə dönməyi bacardı.

Bölgə klubu son 7 görüşdə cəmi 3 qol vurmaqla 3 xal əldə edə bilmişdi. Hamısı da bərabərliklə.

Komandanın paytaxtdan da maksimum bərabərliklə dönəcəyi ehtimal olunurdu. Amma parlaq futbolla yadda qalan Elmar Baxşıyevin yetirmələri son 7 matçda vurduğu qol sayını təkcə bu 90 dəqiqədə rəqib qapısından keçirməyi bacardı.

3 qolla gələn 3 xal "qırmızı qaralar"a hava su kimi lazım idi. Çünki növbəti xal itkisi faktiki avrokuboklar ümidinin bitməsi anlamına gələcəkdi. Amma "Qəbələ"li futbolçular növbəti dəfə proqnozları alt-üst edərək "bu mübarizədə mən də varam" deyə bildi.

Ümumiyyətlə, komanda göstərdiyi oyunla parlaq günlərini yenidən yada salmış oldu. Bunda optimal heyətin baş məşqçinin əlində olması da çox rol oynadı. Onsuz da məhdud heyət var. Kimsə sıradan çıxanda yerini doldurmaq müşkülə çevrilir. Ciddi problemlər baş qaldırır. Son 7 oyunda buna az şahidlik etməmimşdik.

Ancaq dünən Baxşıyev istədiyi "on birliyi" meydana buraxmaqla bərabər, yanında Stefan Vukçeviç kimi əsas silahlarından birinə istirahət imkanı da verə bilmişdi. İstirahətlə bərabər, monteneqrolu ikinci yarıda oyuna qoşulmaqla komanda yoldaşlarına əlavə güc qatmağı da bacardı.

Bir sözlə, sona 3 tur qalmış bütün daşlar öz yerinə qayıtmış oldu. İndi qalır o daşları sona kimi yerində saxlamaq. Mövsümü xilas etmək üçün "Qəbələ"ləlilər buna məhkumdur. Çətindi, amma mümkünsüz deyil. Eynən dünənki "Zirə" qələbəsi kimi...

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti