"Dayanmaq fikrimiz yoxdur" - Elmar Baxşıyev

4 May 2022 20:10 Qəbələ 1 331
"Dayanmaq fikrimiz yoxdur" - Elmar Baxşıyev

“Fikirləşdiyimiz kimi, oyun ağır keçdi. Uduzduğumuz zaman da komandamdan razı qalmışam".

Sportinfo.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev "Zirə"yə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXV tur oyunundan sonra deyib.

42 yaşlı mütəxəssis rəqibin yaxşı kollektiv olduğunu bildirib: "Rəşad Sadıqov güclü komanda formalaşdırıb. “Qəbələ” mövsüm ərzində iddiasını meydanda göstərib. Mövsümboyu necə idiksə, bu gün də futbolçular verilən tapşırığı yerinə yetirməyə çalışdılar".

Baxşıyev sona 3 tur qalsa da, hələ də avrokuboklara vəsiqə barədə düşünmədiklərini söyləyib: “Qələbə xoşdur. Amma dayanmaq fikrimiz yoxdur. Mövsümü layiqincə başa vurmağa çalışacağıq. Nə mən, nə də komandam avrokubok barədə düşünür. İndi yalnız “Neftçi” ilə qarşıdakı görüşü fikirləşirik”.

Digər Xəbərlər
Xəbər Lenti