“Qəbələ”nin iki futbolçusu hazırlıqda iştirak etmir.
Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Yaovi Akakpo və Gülağa Əsədov bərpa prosesini proqram üzrə davam etdirir.
İordaniyalı yarımmüdafiəçi Omar Hani isə zədəsini sağaldaraq məşqlərə başlayıb.
Omar Hani zədə səbəbindən iki aya yaxındır ki, komandasına kömək edə bilmir.

