AFFA "Qəbələ"ni niyə diz çökdürmək niyyətindədir?

30 Aprel 2022 23:00 Qəbələ 1 039
AFFA "Qəbələ"ni niyə diz çökdürmək niyyətindədir?

İlan vuran ala çatıdan qorxar.

«Qəbələ», bax, bu gün o vəziyyətdədir.

AFFA-nın yaratdığı problem klubun arxasını yerə gətirib. Son illər «az olsun, amma nəqd olsun» gerçəkliyi ilə ömür sürən «Qəbələ»yə AFFA qorxulu siqnal verib.

İki aydır pullarını kəsiblər və hələ də demirlər ki, ödəmə nə vaxt olacaq. Günü günə satırlar və deyəsən, bu, daha bir neçə həftə belə davam edəcək. Ta ki, «Qəbələ»nin avrokuboklardan kənarda qalacağı tam dəqiqləşəcək.

Maliyyə yardımına ara verən AFFA mənsubları, əminəm ki, bu komandanın oyunlarını izləmirlər. Həmin vaxt nə iş görürlər, hara gedib, haradan gəlirlər, deyəmmərəm.

Bildiyim odur ki, «Qəbələ» meydana çıxdığı saatlarda AFFA-nın səlahiyyətli nümayəndələri özlərinə əziyyət verib ekran başına keçmirlər.

Onsuz da, uzun illərdir onları stadionlarda görən olmur, deyirəm, «CBC Sport»u izələməyə də ərinirlər ey! Baxıb görərdilər ki, «Qəbələ»nin hayı gedib, vayı qalıb, bir dəri, bir sümükdürlər.

Hakimlərin vasitəsilə komandanın qəddini əyməkləri kifayət eləmədi, 2 aydır ki, pulla imtahapa çəkib, dizlərini yerə atmalarını gözləyirlər.

Vallah, belə insafsızlıq olmaz. «Qarabağ»a 5 cavabsız qolla uduzmasına sevinən «Qəbələ» görmək istəmirdik, AFFA-nın «sayəsində» onu da gördük.

Biri AFFA-dan xəbər gətirsin, bilək «Qəbələ» ilə bağlı daha hansı «şou»lar hazırlayıblar.

Yığışdırın, a kişi, bu «tamaşa»nı! Xoruzun quyruğu uzaqdan görünür ey!

«Qəbələ» de-fakto «ölüb» ta, ağlayanı çatmır.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti