"Qəbələ"nin baş meneceri: "İndi bunun yeri deyil"

29 Aprel 2022 15:00 Qəbələ 842
"Qəbələ"nin baş meneceri: "İndi bunun yeri deyil"

«Fikirləşirəm ki, indi komandanın uğursuz çıxışının səbəblərindən danışmağın yeri deyil».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin baş meneceri Nail Kərimov bildirib.

Premyer Liqanın böyük bölümünü uğurlu keçirən əyalət klubu 6 turdur ki, «qara zolaq»dadır. Qalibiyyət üzü görməyən «qırmızı-qaralar» həm turnir cədvəlindəki mövqeyini əldən verib, həm də avrokuboklara vəsiqə qazanmaq ehtimalını çətinləşdirib.

35 xala malik bölgə təmsilçisi «Sabah»la birgə 4-5-ci pillələri bölüşdürür. Mövcud durumla bağlı təfərrüata varmaq istəməyən funksioner bunları söyləməklə kifayətlənib:

«Ən yaxşısı növbəti oyunlar barədə düşünməkdir. Əlbəttə, avrokuboklara vəsiqə qazanacağımıza ümid var, özü də böyük.

Bunun üçün əlimizdən nə gəlirsə, edirik. Komandaya daim dəstəyik. Qoy, mövsüm başa çatsın.

Üzləşdiyimiz problemlər haqda geniş rəy bildirməyə vaxtımız olacaq».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti