AFFA vədini yerinə yetirmədi, "Qəbələ" problemi bu cür həll etməyə məcbur oldu

29 Aprel 2022 10:40 Qəbələ 1 279
AFFA vədini yerinə yetirmədi, "Qəbələ" problemi bu cür həll etməyə məcbur oldu

AFFA ilə «Qəbələ» arasında 2 aydan bəridir davam edən problem hələ həllini tapmayıb.

Federasiyada büdcədə kifayət qədər vəsaitin olmadığını bildirərək, əyalət klubu qarşısında götürdüyü maliyyə öhdəliyini yerinə yetirmir.

Ödəmələrin dayandırılması komanda daxilində ciddi narazılıq yaradıb. Futbolçular, ələlxüsus legionerlər fevraldan bu yana əməkhaqqı almamalarına sərt şəkildə etiraz eləyib.

Bu gün «Qarabağ»la keçiriləcək ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşü ərəfəsində vəziyyətin kritik həddə çatmasını nəzərə alan «Qəbələ» rəhbərliyi əlavə xərcə qatlaşıb.

Yönətim klubun baş sponsoru «Gilan Holdinq»in akademiya üçün ayırdığı büdcədən istifadə etməli olub.

Buradan götürülən vəsaitlə həm işçilərin, həm də məşqçi və futbolçuların maaşının bir hissəsi ödənilib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti