"Qəbələ"nin futbolçusu Omar Hani karyerasını İndoneziyada davam etdirə bilər.
Bu barədə "sultra.tribunnews.com saytı "Persiya Cakarta"ın 22 yaşlı yarımümdafiəçi ilə maraqlandığını və Liqa 1 təmsilçisinə yeni baş məşqçi təyin olunan Tomas Doll komandanın heyətini yeni legionerlərlə gücləndirmək istəyində olduğunu yazıb.
Onların arasında İordaniya millisinin üzvü Omar Hani də var.
Çıxan xəbərlərlə bağlı "Qəbələ"nin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Sportinfo.az-a açıqlamasında bunları deyib:
"Bizə rəsmi hər hansısa müraciət olmayıb. Məsələ ilə bağlı məlumatımız da yoxdur. Nə futbolçu, nə meneceri, nə də adıçəkilən klub tərəfindən "Qəbələ"yə müraciət daxil olmayıb.
Mövsümün sonuna qısa müddət qalır. Oman Hani ilə bağlı nə qərar verəcəyimizə isə həmin qısa müddətdə yekun qərara gəlinəcək".
Omar Hani Thomas Doll üçün yeni oyunçu deyil. Onlar 2018-2019-cu il mövsümündə Kipr APOEL (Nikosiya) klubunda birlikdə çalışıblar.
Əcnəbi oyunçunun "Qəbələ" ilə müqaviləsi iyunda başa çatır.
XANOĞLAN

