İspaniyalı "Qəbələ"yə dönür

26 Aprel 2022 00:50 Qəbələ 926
İspaniyalı "Qəbələ"yə dönür

"Qəbələ"nin legioneri Fernan Lopes Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçında "Qarabağ"a qarşı oynaya bilər.

Sportinfo.az əyalət təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi komanda ilə məşqlərə başlayıb.

Digər zədəlilərdən Omar Hani müalicəsini davam etdirir. Yaovi Akakpo və Gülağa Əsədov isə proqram üzrə bərpa prosesini davam etdirir.

Aprelin 29-da keçiriləcək "Qarabağ" - "Qəbələ" matçı saat 17:30-da başlayacaq. Qəbələdəki ilk görüşdə "köhlən atlar" 3:1 hesablı qələbə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti