Qəmin kəm, "Qəbələ"!

25 Aprel 2022 17:20 Qəbələ 892
Qəmin kəm, "Qəbələ"!

«Qəbələ»nin qələbəsiz oyunlar seriyası 7-yə çatdı.

İndidən gələn mövsüm barədə düşənsələr, yay planlarını süzgəcdən keçirsələr, bu, onların xeyrinə olar.

Vaxt itirmədən bu istiqamətdə çalışmağa, əməli addımlar atmağa başlasınlar.

Avrokubok qatarı gedib artıq, gözlərini ondan çəksinlər. Bura qədər gəliblər, böyük işdir. Futbolun iki gözü var – biri güldürür, biri ağladır.

Heç nə təsadüfən olmadığı kimi, «Qəbələ»nin marafonun bu vədəsində «qara zolağ»a düşməsinin özündə də bir səbəb gizlənib.

Onu AFFA-dan soruşmaq lazımdır. Ki, hansı səbəbdən «Qəbələ»nin pulunu kəsib. Aprel ayının son günlərini yaşayırıq,

AFFA hələ də üzərinə düşən öhdəliyi yerinə yetirmir.

«Qəbələ»nin futbolçuları «yoxsul maaşı» alır. Əksəriyyətinin aylığı 1000-1500 manatdır. Bu pulla ailəni normal dolandırmaq mümkün deyil, onu da vaxtında almayanda gərginlik pik həddə çatır. S

onuncu dəfə fevral ayının məvacibini görmüş kollektivi toparlamaq nədir, futbolçuları gündəlik məşqin özünə çıxarmaq qəhrəmanlıqdır.

Bir qarını ac, bir qarını tox ortalıqda görünən komanda üzvlərinin halını haldan anlamaq olar.

Onların gözünü yolda qoyan AFFA-dakılar bunu anlamırmı, bu cəmiyyətdə yaşamırlarmı?

«Qəbələ»ni qəsdən sıxıntıya soxublar. Bir məqsədləri var bunda – avrokubok yolunu qapatmaq. Rahat ola bilərlər artıq, istəklərinə çatmaq üzrədirlər.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti