"Biz buna görə öz oyunumuzu göstərə bilmirik" - “Qəbələ”nin məşqçisi

24 Aprel 2022 19:50 Qəbələ 774
"Biz buna görə öz oyunumuzu göstərə bilmirik" - “Qəbələ”nin məşqçisi

“Komandamızda zədəlilərimiz var. Bu da oyunumuza mənfi təsir edir".

Sportinfo.az xəbər verir ki, bunu “Qəbələ”nin məşqçisi Xaqani Məmmədov Azərbaycan Premyer Liqasının XXIV turunda “Qarabağ”a 0:2 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.

Baş məşqçi Elmar Baxşıyev cəzalı olduğu üçün “qırmızı-qaralar”ı matça çıxaran Məmmədov fikrini bu sözlərlə davam etdirib:

“Heyətdəki itkilərə görə öz oyunumuzu göstərə bilmirik. Bunlar istər-istəməz çıxışımıza təsir edir.

Zədəlilərin növbəti turlarda bizə kömək edəcəyini düşünürük. Əsas heyətdə olmasa da, komandaya kömək edə biləcəklər".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti