Pulu kəsilən "Qəbələ"dən açıqlama: "AFFA-dan bizə deyiblər ki…"

24 Aprel 2022 13:00 Qəbələ 1 534
Pulu kəsilən "Qəbələ"dən açıqlama: "AFFA-dan bizə deyiblər ki…"

«AFFA ilə bununla bağlı söhbətimiz olub».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev deyib.

Xəbər verdiyimiz kimi, AFFA «Qəbələ»yə ayırdığı maliyyəni gözlənilmədən dayandırıb. Qurum artıq 2 aydır ki, bölgə təmsilçisinə 1 manat vəsait ödəmir. «

Qəbələ» rəhbərliyi bununla bağlı bir neçə dəfə AFFA-ya müraciət etsə də, qarşı tərəfdən heç bir tutarlı cavab ala bilməyib.

«Ağ-qırmızılar» ötən mövsümdən etibarən AFFA-nın himayəsi altındadır. Federasiya ilk ildə onlara 1,5 milyon manat xərc çəkib. Cari sezonda bu məbləğ bir qədər artrılıb.

AFFA «Qəbələ»nin əvəzedici komandasının I Divizionda iştirakını təmin eləmək, həmçinin akademiyanın normal fəaliyyətə dönməsi üçün yardım paketini genişləndirib.

Vəziyyətin belə hal alması kollektiv daxilində ciddi narahatlıq yaradıb. Ələlxüsus legionerlər tərəfindən.

Əcnəbi futbolçular məşqə çıxmaq istəməsələr də, Elmar Baxşıyevin onlarla etdiyi söhbətdən sonra fikirlərindən daşınıblar. Alacaqlarının gecikməsi ilə ruhdan düşən komanda üzvləri baş məşqçiyə düşərgəni tərk etmək istədiklərini deyiblər.

A.Hacıyevin problemin qarşıdakı günlərdə həllini tapacağına ümid etdiklərini bildirib:

«AFFA-dan bizə deyiblər ki, hələ büdcədə kifayət qədər vəsait yoxdur. Onlar, adətən, hər ayın ilk 10 günü ərzində bizə ödəmə edir.

Klubumuza yardım ayırılandan bəri belə bir çətinliklə üzləşməmişdik. AFFA gələn həftə mart ayına olan vəsaiti hesaba köçürəcəklərini vəd edib.

Ümidvarıq ki, hər şey dedikləri kimi olacaq. Avrel ayının ödəmələrinin də mayın müvafiq vaxtında alacağımızı gözləyirik».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti