Premyer Liqa klubunda gərginlik – Məşqə çıxmaq istəməyən legionerləri dilə tutdular ki…

23 Aprel 2022 14:00 Qəbələ 2 406
Premyer Liqa klubunda gərginlik – Məşqə çıxmaq istəməyən legionerləri dilə tutdular ki…

Xəbər verdiyimiz kimi, AFFA «Qəbələ»yə ayırdığı maliyyəni gözlənilmədən dayandırıb.

Klubdan Sportinfo.az-a məlumatı təsdiqləyiblər.

Qurum artıq 2 aydır ki, bölgə təmsilçisinə 1 manat vəsait ödəmir. «Qəbələ» rəhbərliyi bununla bağlı bir neçə dəfə AFFA-ya müraciət etsə də, qarşı tərəfdən heç bir tutarlı cavab ala bilməyib.

«Ağ-qırmızılar» ötən mövsümdən etibarən AFFA-nın himayəsi altındadır. Federasiya ilk ildə onlara 1,5 milyon manat xərc çəkib. Cari sezonda bu məbləğ bir qədər artrılıb.

AFFA «Qəbələ»nin əvəzedici komandasının I Divizionda iştirakını təmin eləmək, həmçinin akademiyanın normal fəaliyyətə dönməsi üçün yardım paketini genişləndirib.

Vəziyyətin belə hal alması kollektiv daxilində ciddi narahatlıq yaradıb. Ələlxüsus legionerlər tərəfindən.

Əcnəbi futbolçular məşqə çıxmaq istəməsələr də, Elmar Baxşıyevin onlarla etdiyi söhbətdən sonra fikirlərindən daşınıblar.

Alacaqlarının gecikməsi ilə ruhdan düşən komanda üzvləri baş məşqçiyə düşərgəni tərk etmək istədiklərini deyiblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti