AFFA "Qəbələ"nin pulunu kəsdi – SON DƏQİQƏ

23 Aprel 2022 09:40 Qəbələ 1 246
AFFA "Qəbələ"nin pulunu kəsdi – SON DƏQİQƏ

Son vaxtlar uğursuz çıxış edən «Qəbələ» növbəti zərbəni AFFA-dan alıb.

Federasiya əyalət klubuna ayırdığı maliyyəni gözlənilmədən dayandırıb.

Qurum artıq 2 aydır ki, bölgə təmsilçisinə 1 manat vəsait ödəmir. «Qəbələ» rəhbərliyi bununla bağlı bir neçə dəfə AFFA-ya müraciət etsə də, qarşı tərəfdən heç bir tutarlı cavab ala bilməyib.

«Ağ-qırmızılar» ötən mövsümdən etibarən AFFA-nın himayəsi altındadır. Federasiya ilk ildə onlara 1,5 milyon manat xərc çəkib. Cari sezonda bu məbləğ bir qədər artrılıb.

AFFA «Qəbələ»nin əvəzedici komandasının I Divizionda iştirakını təmin eləmək, həmçinin akademiyanın normal fəaliyyətə dönməsi üçün yardım paketini genişləndirib.

İndi isə vəziyyət qeyri-müəyyən səbəbdən dəyişib və hələ nə qədər belə davam edəcəyi bilinmir. Təbii ki, yaranmış situasiya klubun ümumi durumuna böyük mənfi zərbə vurur.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti