"Qarabağ" önündə "dirilən" "Qəbələ"...

22 Aprel 2022 23:20 Qəbələ 1 408
"Qarabağ" önündə "dirilən" "Qəbələ"...

Son oyunlardakı uğursuz nəticələrdən sonra "Qəbələ"nin ölkə kubokunda "Qarabağ" qarşı necə çıxış edəcəyi böyük maraq doğrurdu. Əksəriyyət darmadağın gözləsə də, meydan sahibləri çox layiqli mübarizə aparmağı bacardı.

Hesabda önə çıxan komanda erkən bərabərlik qolunu buraxsa da 87-ci dəqiqəyə kimi güclü rəqibi qarşısında duruş gətirə bildi. Bir neçə epizodda bəxt və şans meydan sahiblərinin tərəfində olsaydı, qələbə qazanmaq da mümkün olardı.

Son dəqiqələrdə isə təcrübə və səviyyə öz sözünü dedi. Ardıcıl vurulan iki qol səfər matçı öncəsi "köhlən atları" rahatlaşdırmış oldu. Böyük ölçüdə bu dueldə ilk finalçının məhz "Qarabağ" olacağını demək olar.

"Qırmızı qaralar" isə cavab görüşündən çox 3 gün sonra oynanacaq Premyer Liqa matçına köklənsə pis olmaz. Dünənki mübarizə də ümid verdi ki, hazırkı "Qəbələ" güclü rəqibindən xal(lar) ala bilər.

Düzdü, dünən komanda üzvləri meydanda böyük güc sərf etmiş oldular. Bərpa üçün, rotasiya üçün imkanlar azdı. Amma son qarşılaşmalara nisbətdə "Qarabağ"a qarşı daha "diri" "Qəbələ" görə bildik. Əgər eyni yanaşma, motivasiya və ən önəmlisi ümid futbolçularda olarsa, hava-su kimi lazım olan ən azı bir xalı Premyer Liqa matçında "Qarabağ"dan qoparmaq olar.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti