"Qəbələ"nin çərçivə qoruyucusu Nicat Mehbalıyev məşqlərə qoşulub.
O, qrip olması səbəbindən ölkə kubokunun "Qarabağ"la ilk matçını buraxmalı olmuşdu. 21 yaşlı qapıçını çərçivədə kamerunlu Kristof Atanqana əvəzləməli olmuşdu.
Nicat artıq özünü yaxşı hiss edir və əgər qarşıdakı günlər hər hansı narahatlıq yaranmasa Premyer Liqanın növbəti turunda "Qarabağ"a qarşı oynaması mümkün olacaq.
Mehbalıyev bu mövsüm Premyer Liqanın arxada qalan 23 turunun hamısında iştirak edib. O, bu matçlarda qapısından 31 qol buraxıb.
XANOĞLAN / SPORTİNFO.AZ

