Çempionatda avrokubok şansını get-gedə çətinə salan “Qəbələ” məskunlaşma ilə bağlı ənənəsini pozub.
Bakına məskunlaşan, lakin oyundan-oyuna Qəbələyə gedən bölgə təmsilçisi hər matçdan sonra paytaxta qayıtmaqla yadda qalırdı.
Lakin baş məşqçi Elmar Baxşıyev bu dəfə fərqli qərar qəbul edib.
Belə ki, aprelin 15-də doğma az arkeşlər önündə “Sumqayıt”la keçirilən qarşılaşmadan sonra (1:1) kollektiv Bakıya qayıtmayıb.
Buna səbəb “qırmızı-qaralar”ın aprelin 20-də ölkə kubokunun yarımfinal görüşünün ilk oyunu çərçivəsində “Qarabağ”la üzləşməsidir.
Birinci matç çərşənbə günü Qəbələdə keçiriləcək.
Baxşıyev yol yorğunluğunu nəzərə alaraq, 4 gün üçün Bakıya gedib-qayıtmağı məqsədəuyğun saymayıb.
Məşqçi və futbolçu heyəti bölgənin “Qafqaz Resort”, “Riverside”, “Gabala Garden” (keçmiş “Qafqaz Sport”) kimi dəbdəbəli mehmanxanalarının birində yox, “Qəbələ” otelində məskunlaşıb.
HƏBİB / SPORTİNFO.AZ

