Azərbaycan Premyer Liqasının 23-cü turunda “Qəbələ” doğma meydanda “Sumqayıt”la qarşılaşıb.
1:1 hesabı ilə başa çatan matç daha çox hakim səhvləri ilə yadda qalıb.
Referi Rauf Cabbarov “Qəbələ”nin əleyhinə verdiyi bir neçə qərarla yadda qalıb. Əyalət təmsilçisini narazı salan əsas epizodlar birbaşa nəticəyə təsir göstərib.
Belə ki, FİFA referisi qonaqların hesabı açdığı epizoddan öncə “Qəbələ”nin futbolçusuna qarşı kobudluq edilməsinə göz yumub.
Həmçinin ev sahiblərinin lehinə penalti verməyib.
Əvəzində “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevi son dəqiqələrdə texniki zonadan uzaqlaşdırıb.
Həmin anları bu linkə daxil olaraq izləyə bilərsiz:
SPORTİNFO.AZ

