Müəmmalarla dolu və ya Baxşıyevi istefaya tələsdirən "Qəbələ"

16 Aprel 2022 14:00 Qəbələ 907
Müəmmalarla dolu və ya Baxşıyevi istefaya tələsdirən "Qəbələ"

«Qəbələ»nin qələbəsiz oyunlar seriyası 6-ya çatdı.

Az qala bir dövrə edir bu.

Elmar Baxşıyev hələ də deyir ki, komandamdan razıyam. «Qara zolağ»a düşdüklərini də qəbul eləmir.

«Sabah» bu gecə «Neftçi»yə qalib gəlsə, dördüncü pilləni «Qəbələ»nin əlindən alacaq.

Avrokuboklara vəsiqə şansı hər ötən tur bir qədər də azalan «Qəbələ»nin düşərgəsində nələrsə baş verir. Baxşıyevin futbolçularından deyil, hakimlərdən narazılıq eləməsi çaşdırıcı manevrdir.

O, olanları gizlədir, ictimailəşdirməyə çəkinir. Halbuki bir gözü bağlayıb, o biri gözü açıq saxlasan belə, bu mənzərəni müşahidə etmək mümkündür.

«Qəbələ»li futbolçular meydana istəksiz və ümidsiz çıxır. İsnik Alimi 89-cu dəqiqədə hesabı bərabərləşdirir, heç kim yerindən tərpənmir.

Sevinmək yox. Hərəkətlənmək yox. Son saniyələrdə daha bir qol vurmaq həvəsi yox. Müəmmalı, həm də çox müəmmalıdır.

Zaur Əzizov – klubun keçmiş baş meneceri artıq «o biri dünya»da – «Neftçi»dədir və daha oradan tapşırıq verməyəcək ki…

Bir funksioner klub üçün nə qədər əhəmiyyətli, vacib fiqur olarmış…

Əzizov gedəndən Baxşıyevin qara günləri başlayıb və indi də davam edir.

Bu, öz xoşu ilə istefa ərizəsi yazacağı günədək onu qarabaqara izləyəcək.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti