"Qəbələ"nin baş məşqçisi qovuldu - Texniki zonadan

16 Aprel 2022 02:10 Qəbələ 771
"Qəbələ"nin baş məşqçisi qovuldu - Texniki zonadan

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XXIII turunda "Sumqayıt"la matçda (1:1) qırmızı vərəqə alıb.

Sportinfo.az xəbər verir ki, çalışdırıcı Qəbələ şəhər stadionundakı qarşılaşmanın son dəqiqələrində texniki zonadan qovulub.

Görüşə əlavə olunmuş dəqiqələrdə ehtiyat hakimə etirazını sərt şəkildə bildirən 42 yaşlı çalışdırıcı baş hakim Rauf Cabarov tərəfindən texniki zonadan qovulub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti