"Buna görə cəza verirlərsə, sağ olsunlar" - Elmar Baxşıyev

15 Aprel 2022 19:25 Qəbələ 3 371
"Buna görə cəza verirlərsə, sağ olsunlar" - Elmar Baxşıyev

"Komanda verilən tapşırığı yerinə yetirməyə çalışırdı. Oyunumuzdan razı qaldım. Daha yaxşısını edəcəyimizə inanıram. Qara zolaqda deyilik. Yenidən özümüzü göstərəcəyik".

Sportinfo.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Sumqayıt"la 1:1 hesablı hesablı heç-heçə etdikləri Premyer Liqanın XXIII tur matçından sonra deyib.

42 yaşlı mütəxəssis bildirib ki, hakim səhvləri ardıcıl olur və hər oyun onların başına gəlir: "Epizodlar onlara və bizə fərqli görünür. Etirazımı normal qarşılamaq lazımdır. Buna görə cəza verirlərsə, sağ olsunlar".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti