Premyer Liqanın 22-c\i turunda «Səbail»ə 0:3 hesablı məğlubiyyət «Qəbələ» rəhbərliyini şoka salıb.
Komandanın zəif rəqibinə uduzması qalmaqallı hadisəyə səbəb olub.
Belə ki, «ASCO Arena»da oyunu izləyən qonaqların nümayəndələri hakimin final fitini gözləmədən VİP-lojanı tərk edib və «skybox»un qapısını təpiklə çırpıblar.
Nəticənin təsirindən «soyuq duş» alan «Qəbələ» funksionerləri bu zaman məşqçi korpusunun və legionerləri tənqid eləyib, onları qarşılaşmaya məsuliyyətli ynaşmamaqda qınayıb.
SPORTİNFO.AZ

