Tale Heydərov fəxri prezidenti olduğu «Qəbələ»yə əlavə maliyyə vəsaiti ayırıb.
Fövqəladə hallar naziri Kəmallədin Heydərovun oğlu klubun büdcəsini 200 min manat zənginləşdirib.
Bu məbləğ əsasən A komandanın xərclərinin qarşılanması üçün nəzərdə tutulub.
Əyalət təmsilçisi ikinci mövsümdür ki, AFFA-nın sayəsində ayaqda qalıb. Ötən sezon «qırmızı-qaralar»a 1,5 milyon manat verən federasiya cari «futbol ili»ndə bu dəstəyi bir qədər də artırıb.
«Qəbələ» AFFA-nın maddi köməkliyi sayəsində əvəzedici komandasını 3 illik aradan sonra bərpa edib.
SPORTİNFO.AZ

