“Qəbələ”nin bacarmadığı tək şey - Bilmirlər, öyrənmək də istəmirlər

7 Mart 2022 14:00 Qəbələ 995
“Qəbələ”nin bacarmadığı tək şey - Bilmirlər, öyrənmək də istəmirlər

İstək futbolda çox şey deməkdir.

Amma hər şey demək deyil.

Eynən pul kimi. Çox işi aşırır, hər işi aşırmır.

Çempionluq mübarizəsi istək üzərindən hesablansaydı, «Qəbələ» vaxtından əvvəl birincilik taxtında əyləşəcək, qalibiyyəti bayram edəcəkdi.

Onlarda olan həvəs o qədər çox, o qədər böyükdür ki… Ucu yox, bucağı yox. Heç bir sərhəd tanımır.

Elə buna görə də «Qarabağ» liderlərin görüşünü 5:1-lə bitirdi. Bu qədər qol vurub, elə bu qədər epizodu da boşa verdilər.

Bəlkə də ondan da artıq. «Qəbələ»nin bacarmadığı tək şey müdafiə olunmaqdır.

Bunu bilmirlər. Öyrənmək də istəmirlər.

Görünən kənd bələdçi istəməz: Elmar Baxşıyev xidmətindən yararlandıqlarından xoşbəxtliyi rəqib qapısı ağzında axtarmağı tələb edir yalnız.

Birinci zonanın qayğısına qalmaq kimi bir fikri yoxdur bu baş məşqçinin. Məşqlərdə məlum problemin üzərində çalışdıqlarını da güman etmirəm.

«Ən yaxşı müdafiə hücumdur» fəlsəfəsi Baxşıyevin beyninə necə yeriyibsə, «yorğanına bax, ayağını ona görə uzat» məsəli heç qulağına da deyil.

Saysız səhvlərə yol verirlər arxa xətdə.

Başqaları yararlanmağa çətinlik çəkdi, «Qarabağ» isə «uf» demədən beş qolu sıraladı.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti