"Qarabağ"ın buna ehtiyacı yoxdur" - Elmar Baxşıyev

6 Mart 2022 21:25 Qəbələ 1 480
"Qarabağ"ın buna ehtiyacı yoxdur" - Elmar Baxşıyev

"Çətin oyunun olacağını bilirdik. Rəqibin reklama ehtiyacı yoxdur, layiqli liderdir".

Sportinfo.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Qarabağ"a 1:5 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bildirib ki, yaxşı oyun nümayiş etdirə biləcəkləri inamı ilə meydana çıxıblar. İlk yarıda meydan sahiblərinin oynamaq imkanı verməsinə baxmayaraq, Baxşıyev fasilədən sonra komandasının boşluqlara yol verdiyini söyləyib: "Matçın qırılma nöqtəsi Omar Haninin zədələnməsi oldu. Qapıçı Nicat Mehbalıyev isə inandığım qapıçıdır, növbəti oyunlarda etimadımızı doğruldacağına inanırıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti