Bölgə klubunda "Qarabağ"la bağlı YENİ TAPŞIRIQ

4 Mart 2022 22:20 Qəbələ 1 377
Bölgə klubunda "Qarabağ"la bağlı YENİ TAPŞIRIQ

Azərbaycan Premyer Liqasında 18-ci tura sabah start veriləcək. Turun mərkəzi matçı Suraxanıda baş tutacaq. Burada hazırkı lider "Qarabağ" ən yaxın izləyicisi olan "Qəbələ"ni qəbul edəcək.

Mövsümün surpriz çıxışını sərgiləyən qonaqlar liderlə görüşə xüsusi yanaşır. Bunu futbolçuların matça yanaşmasından da hiss etməmək mümkün deyil. Hər kəs bütün fikrini "Qarabağ"la görüşə kökləyib.

Hətta oyuna gününə 2 gün qalmasına baxmayaraq artıq indidən futbolçular mətbuata danışmaqdan müxtəlif bəhanələrlə yan qaçmağa çalışırlar. Maksimum danışmamağı üstün tuturlar. Bu da rəhbərliyin futbolçulara verdiyi tapşırıqdır. Ki, bütün fikirlərini "Köhlən atlılar"la matça yönəldə bilsinlər.

"Azərsun Arena"da keçiriləcək "Qarabağ" - "Qəbələ" dueli martın 6-sı, saat 19:15-də start götürəcək.

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti