Baş məşqçi “İnanmıram” dedi - “Qarabağ”la oyundan əvvəl

4 Mart 2022 21:00 Qəbələ 1 221
Baş məşqçi “İnanmıram” dedi - “Qarabağ”la oyundan əvvəl

Turun mərkəzi qarşılaşması “Azərsun Arena”da baş tutacaq.

Çempionluq adına bir nömrəli namizəd “Qarabağ” doğma meydanda Premyer Liqanın sürpriz komandasını – “Qəbələ”ni qəbul edəcək.

Cari mövsümdə bu komandalar arasında baş tutan görüşlərin birincisində ağdamlılar 2:0 hesabı ilə qələbə qazanmışdısa, Qəbələdəki qarşılaşmada qapılara top vurulmamışdı.

Həmin vaxt “köhlən atlar” həm də Avropa Konfrans Liqasında mübarizə aparırdı.

İndiki vəziyyət isə nisbətən fərqlidir. “Qarabağ” avrokuboklarla vidalaşıb və birmənalı ölkədaxili yarışlara köklənib. Amma bir şey də var ki, Avropa arenalarından sonra Azərbaycanın 300-500 tamaşaçılı oyunlarına uyğunlaşmaq heç də asan deyil.

“Qəbələ”nin çalışdırıcısı Sportinfo.az-a açıqlamasında komandasını gözləyən çətin oyunla bağlı danışıb. O, rəqibin psixoloji problemlə üzləşməyəcəyini düşünür:

“Komandamızda yüksək əhval-ruhiyyə hökm sürür. Rüfət Əhmədov və Yaovi Akakpodan başqa itkimiz yoxdur.

“Qarabağ” illərdir həm yerli turnirlərdə, həm də Avropa miqyaslı turnirlərdə uğurla çıxış edir. Ağdam təmsilçisinin bu mənada çox təcrübəli olduğunu deməliyəm.

İnanmıram ki, “Qarabağ” bizimlə oyuna psixoloji baxımdan yorğun çıxsın. Bizi çox çətin qarşılaşmanın gözlədiyinin fərqindəyik”.

“Qarabağ” – “Qəbələ” görüşü martın 6-sı, saat 19:15-də başlayacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti