"Qəbələ"nin qapıçısı Kristof Atanqananın 22 yaşı tamam olub.
Bu səbəbdən klubun sosial şəbəkə hesabından kamerunlu legionerə təbrik paylaşımı ünvanlanıb.
Amma paylaşımın məğzi kənarda qalıb, izləyicilər tam başqa məqamı müzakirəyə çıxarıblar.
Belə ki, fanatlar qolkiperin qoca göründüyünü və ən azı 32 yaşında olmasını iddia ediblər. Maraqlı olacağın nəzərə alıb, seçilmiş şərhləri olduğu kimi sizə təqdim edirik.
Rəhman Əliyev - "Afrikalı futbolçular yaşını azaltmaqdan əziyyət çəkmir".
Elşən Məmmədov - "Yaxşı baxın, 22 olmaz. Adam 30 yaşında görsənir".
Abdullah Demir - "Məncə, sizi aldadırlar. Məndən kiçik olmaq ehtimalı yoxdur. Yəqin ki, 32, 33 yaşı var".
Mahsun Sadıxov - "Bunun 22 yaşı varsa, mənim 12 yaşım var".
Murad Hüseynzadə - "Babam bundan cavan görsənir".
Atanqana ötən ilin yayında "Atletik Bilbao"dan "Qəbələ"yə icarəyə gəlib. Premyer Liqada debüt etmək fürsəti hələ də olmayan qapıçı yalnız ölkə kubokunda 1 matçda bölgə klubunun qapısını qoruyub.
XANOĞLAN / SPORTİNFO.AZ

